"Azərbaycanla çiyin-çiyinə durmağa davam edəcəyik" - Türkiyə MN - RTV

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Qara Yanvar hadisələrində həyatını itirən şəhidləri yad edib. Nazirlikdən verilən paylaşımda şəhidlər rəhmət və sayğı ilə anılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib:

"Qardaş Azərbaycanda yaşanan və tarixə Qara Yanvar kimi düşən hadisələrdə həyatını itirən şəhidlərimizi rəhmət və sayğı ilə anırıq. Qardaşlarımızın yaşadığı acını ürəyimizdə hiss edir, tarix boyunca olduğu kimi bu gün də yaxşı gündə və çətin zamanda tək millət iki dövlət anlayışı ilə çiyin-çiyinə durmağa davam edəcəyimizi bir daha vurğulayırıq. Unutmadıq, unutdurmayacağıq."