Azərbaycanla müharibə XƏBƏRDARLIĞI - RTV

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifətin seçki ilə bağlı icra proqramını şərh edərkən, "üçbaşlı müharibə partiyasının" proqramının Ermənistanla Azərbaycan arasında yeni müharibəyə hesablandığını bildirib.

Vitse-spikerin fikrincə, bu radikal qüvvələrin proqramları "Daşnaktsutyun" terror təşkilatının təhlükəli ideologiyalarını əks etdirir.

Rubinyanın sözlərinə görə, radikal müxalifət Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla paraflanmış sülh sazişini yenidən nəzərdən keçirməyi hədəfləyir.

Parlament sədrinin müavini əlavə edib ki, xalq "üçbaşlı müharibə partiyası" ilə sülhpərvər qüvvələr arasında seçim etməlidir.