Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı - RTV

Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentdə çıxışı zamanı "Bakiya qarşı yeni müharibə" ifadəsini işlədərək, revanşistlərin müharibə istəklərindən bəhs edib. O, müxalifətin sülh müqaviləsini şübhə altına aldığını bildirib.

Paşinyan, Qarabağdakı keçmiş separatçıların qondarma bayrağını parlamentə gətirməsini xatırladaraq, bunun təhlükəsizlik təhdidlərinin yaranması ilə əlaqəli olduğunu vurğulayıb. O, bu cür hərəkətlərin birbaşa təhdid olduğunu və reaksiyalar yaratdığını qeyd edib.

Baş nazir, Ermənistanın 700 mindən çox vətəndaşının sülh gündəliyinə sadiq olduğunu təsdiqlədiyini bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan özünü qorumaq üçün rıçaqlar tapmalı, çünki casus şəbəkəsi ilə üz-üzə qalıb.