Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin siyahısında dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən siyahıya "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyət və "Azər Pambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyət əlavə olunub.