Azərbaycan Respublikasının Nazirlər Kabineti özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında əsasnamədə dəyişikliklər edib.
Bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən dövlət torpaq sahələrinin illik icarə haqqının hesablanmasında yeni faiz dərəcələri və əmsallar tətbiq olunacaq.
Qərarda torpaq sahəsinin ölçüsü artdıqca tətbiq edilən əmsalların azaldılması nəzərdə tutulub.