Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş enerji menecment sistemi və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş elektrik və istilik enerjisinin istehsalı və təbii qazın emalı üzrə effektivliyin qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarlarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra bəzi təsərrüfat subyektləri sertifikatlaşdırma ilə bağlı məlumatı Energetika Nazirliyi ilə yanaşı, enerji effektivliyi informasiya sisteminə də təqdim edəcək.
Bundan başqa, təsərrüfat subyektində tətbiq olunan enerji menecment sisteminin və bu sahədə əldə edilmiş nəticələrin qiymətləndirilməsi tələb olunacaq.
Hər hesabat ilindən gələn ilin yanvar ayının sonuna qədərEnergetika Nazirliyi ilə yanaşı, enerji effektivliyi informasiya sisteminə də təqdim olunacaq.