Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə şərtlərə dəyişiklik edilib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən silah satışına dair əlavə şərtlər müəyyənləşib.
Belə ki, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının satışına tələb olunan əlavə şərtlər bunlardır: İstehsal prosesinin məlumatının texnoloji sənədlərinə uyğun qurulması, texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktlarının tələblərinə və standartlarına uyğun olması, texniki şərtlərin normativ hüquqi aktlarının tələblərinə və standartlarına uyğun olması, istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat. Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin satışına da qeyd edilən əlavə şərtlər tələb olunacaq.