Baş Nazir Əli Əsədov cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasının layihəsinin hazırlanması ilə bağlı müvafiq sərəncam imzalayıb.
Qərara əsasən, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ali Məhkəmə, Baş Prokurorluq və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, iki ay müddətinə Nazirlər Kabinetinə layihəni təqdim etməlidirlər.
Bu sərəncam aprelin 7-dən qüvvəyə minib. Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləyə əsasən, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.