Bəhruz Nəzərov Təhsil TV-nin direktoru vəzifəsinə təyin edilib.
Media sahəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov müxtəlif illərdə "Space" telekanalında, "Interfax Azərbaycan" informasiya agentliyində, ATV telekanalında, "Yurd" TV-də müxtəlif vəzifələrdə çalışıb.
Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda "Oil and Industry Journal" jurnalının baş direktoru vəzifələrində çalışıb.