Bloger Arzuya 5 il 2 aylıq həbs cəzası verilib. İlduzə Hacıyeva adlı bloger cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Xəzər Rayon Məhkəməsində keçirilən son iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib. Daha sonra isə Arzu son sözünü deyib.
Arzu məhkəmədə bildirib ki, özünü təqsirli bilmir. O, qeyd edib ki, 6 aydır səbəbsiz yerə uşaqları ilə nəzərət qalıb və ədalətli hökm çıxarılacağına ümid edir. Məhkəmə qərarına əsasən, Arzu ümumi rejimdə cəza çəkməli olacaq.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda Mərdəkan qəsəbəsində baş verib. Avtomobilin sürücüsü 29 yaşlı Əməl Məlikov hadisə yerində ölüb, sərnişin Sənan Mürədov isə ağır xəsarətlər alıb. Arzu isə qəza baş verdikdən sonra zərərçəkənləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. İlduzə Hacıyeva həmin gün Almaniyaya qayıdıb və heç nə olmamış kimi həyatını davam etdirib.