Bu gün Xameneinin ölümü ilə bağlı anım mərasimi keçiriləcək - RTV

Bu gün Tehranda İranın keçmiş ali lideri Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım mərasimi keçiriləcək.

Bu barədə Tehran yol polisinin rəisi Əbülfəzəl Musevipur məlumat verib. Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da paytaxtın mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Anım mərasiminin yaxın saatlarda başlaması planlaşdırılıb.

Xatırladaq ki, Əli Xameneinin İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həlak olub.