Bu ölkələrə getməyin - ABŞ-dən XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamenti regionda artan gərginlik fonunda yaxın şərq ölkələri üçün səyahət xəbərdarlığı yayıb.

Departamentin açıqlamasında bildirilib ki, yüksək gərginlik səbəbindən təhlükəsizlik mühitində davam edən mürəkkəb və sürətli dəyişiklikləri nəzərə alınaraq, bölgədə yaşayan və ya səyahət etməyi planlaşdıran ABŞ vətəndaşlarının ehtiyatlı olmaları tövsiyə edilir.

Məlumatda qeyd olunur ki, ABŞ-ın səyahət tövsiyələri sistemində səyahəti yenidən nəzərdən keçirmə mənasını verən üçüncü səviyyə səyahət xəbərdarlığı Bəhreyn, İsrail, İordaniyanın qərb sahili, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Yəmən üçün qüvvədə saxlanılıb.

Bununla yanaşı səyahət etməyin qadağan olunduğunu ifadə edən dördüncü səviyyə xəbərdarlığı isə İran, İraq, Livan, Suriya, Qəzzə zolağı və Yəmən üçün qüvvədə qalıb.