Bu ölkəni dərhal tərk edin - XƏBƏRDARLIQ - RTV

Birləşmiş Ərəb Əmirlikləri bölgədə artan gərginlik fonunda mühüm təhlükəsizlik qərarı qəbul edib. Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ölkə vətəndaşlarının İran, İraq və Livana səyahət etməsi qadağan olunub.

Xarici İşlər Nazirliyi bu ölkələrdə olan vətəndaşlarına təcili müraciət edərək, onları dərhal həmin əraziləri tərk etməyə çağırıb. Nazirliyin yaydığı bəyanatda qərarın bölgədəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar qəbul edildiyi vurğulanıb.

Bildirilib ki, vətəndaşların təhlükəsizliyinin təmin etmək məqsədi ilə sözügedən üç ölkəyə səfərlər müvəqqəti olaraq təxirə salınır.