"Bu qərəz həmişə olub" - Hikmət Haciyev - RTV

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəyə qarşı aparılan qərəzli kampaniyalar barədə açıqlamalar verib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın BMT çərçivəsində ən böyük tədbirlərdən biri olan COP29-a və ardınca Dünya Urban Forumuna ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət və BMT ailəsi tərəfindən ölkəmizə olan etimadın göstəricisidir.

"Onu nəzərə almalıyıq ki, dünyada heç də bütün ölkələrdə hazırki şəraitdə bu miqyasda tədbirin keçirilməsi mümkün deyil. Bu, təhlükəsizlik vəziyyətinə görə, müharibələrə görə, həm də ölkələrin təşkilatçılıq qabiliyyətinə görə, şəhərlərin burada hazırlıq səviyyəsinə görə və digər parametrlər üzrə demək olar ki, heç də bütün şəhərlər və bütün ölkələr bu kimi tədbirlərə hazır deyil. Ona görə də beynəlxalq ictimaiyyətin etimadı, ölkəmizin hazırlığı və çoxsaylı diplomatik müstəvidə olan tədbirlərə ev sahibliyi etməsi onu şərtləndirir ki, Dünya Urban Forumu kimi mötəbər bir tədbir də Azərbaycanda keçirilir."

Cənab Prezident tərəfindən Azərbaycan xalqının zəngin şəhərsalma mədəniyyətinin vurğulandığını qeyd edən Hacıyev, Azərbaycanda şəhərlərin yaranma tarixinin eramızdan əvvəlki dövrlərə getdiyini bildirib. Buna misal olaraq qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhəri, Naxçıvan şəhəri və digər qədim Azərbaycan şəhərlərini, eləcə də orta əsr Azərbaycan şəhərlərini göstərib.

Hacıyevin sözlərinə görə, bu zəngin ənənələr və təcrübələr əsasında bu gün Azərbaycanda da müasir şəhərlər inkişaf edir. O vurğulayıb ki, Azərbaycan şəhərlərin urbanizasiya prosesi çərçivəsində modernləşdirilməsi ilə tarixi ənənələri qoruyur. Paytaxt Bakının bunun ən gözəl nümunəsi olduğunu və dünya miqyasında da qəbul edildiyini əlavə edib.

Prezidentin köməkçisi qlobal kontekstdə məskənlərin, evlərin, mənzil problemlərini nəzərə alaraq, Azərbaycanın Ermənistanın ölkəmizə qarşı işğalı nəticəsində 90-cı illərin əvvəllərində məcburi köçkünlər və qaçqınlar üçün yaratdığı şəraitə də toxunub.

"Həmin dövrdə çətinliklərlə üzləşmiş bir şəraitdə məcburi köçkünlərimiz çadır şəraitində yaşayırdılarsa, qısa müddət ərzində Azərbaycan tərəfindən, hökumətimiz tərəfindən bu tendensiya dəyişildi. Məcburi köçkünlər üçün də evlər yaradıldı, müxtəlif mənzillər tikilirdi, yaradılırdı və təhvil verilirdi və cənab Prezident özü də bunların açılışında iştirak edirdi."

Hikmət Hacıyev Azərbaycana qarşı qərəzin