Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarına və digər aidiyyatı şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Eyni zamanda, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, eləcə də müharibə illərində ordunun və donanmanın ehtiyacları üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Həmçinin, Leninqrad şəhərinin müdafiəsində iştirak edən və ya mühasirə iştirakçısı olmuş şəxslər də 1500 manat məbləğində birdəfəlik maddi yardımdan yararlanacaqlar.
Bu məqsədlə 2026-cı il dö