Bu tarixdə Lukaşenkonun evi VURULACAQ - RTV

Böyük ehtimalla Aleksandr Lukaşenkonun paq evi Belarusun müharibəyə cəlb olunacağı halda Ukrayna Silahlı Qüvvələrinin prioritet hədəfləri siyahısına daxil olacaq.

RTV xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksey Getman məlumat verib.

Aleksey Getmanın sözlərinə görə, eskalasiya baş verərsə, Ukrayna Silahlı Qüvvələrinin Belarus ərazisində vurmağı planlaşdırdığı 500 hədəf faktiki olaraq ölkənin bütün hərbi və sənaye infrastrukturudur.

"500 obyekt çox böyük rəqəmdir. Bu o demək olar ki, bütün Belarusdur. Söhbət hərbi sənaye kompleksindən, neft emalından və ümumiyyətlə mövcud olan hər şeydən gedir. O cümlədən Lukaşenkonun paq evindən."

deyə hərbi ekspert bildirib.