Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində, mayın 26-da Nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sisteminin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı nəzərdə tutulub.
Bununla yanaşı, nazirin yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.