Ceyhun Bayramov həmkarına zəng etdi - RTV

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və Xarici İşlər Naziri Məhəmməd İshaq Dara ilə telefon danışığı aparıb. Bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin X hesabında paylaşılıb.

Ceyhun Bayramov Azərbaycan prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib. Həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.

Hücumu qətiyyətlə pisləyən Pakistanın baş nazirinin müavini və Xarici İşlər Naziri ölkəsinin terrorizm bəlasına qarşı mübarizədə əzmkər mövqeyini bir daha vurğulayıb. Telefon danışığı zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb. Pakistan və Azərbaycan arasında mövcud olan möhkəm və davamlı tərəfdaşlığın bir daha təsdiqləndiyini qeyd ediblər.