Ceyhun Bayramovdan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ - RTV

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Rusiya-Ukrayna müharibəsinin coğrafiyasını genişləndirdiyini bildirərək, bu münaqişənin qlobal təsirlərindən danışıb. Nazir qeyd edib ki, müharibənin genişlənməsi təbii haldır və bunun fəlakətli nəticələri hər gün görünür.

Ceyhun Bayramov, üç gün öncə iki gəmiyə edilən dron hücumu nəticəsində dörd Azərbaycan vətəndaşının həlak olduğunu və dörd nəfərin yaralandığını bildirib. O, bu cür hadisələrin davam etdiyi təqdirdə heç kimin təhlükəsizliyinin təmin olunmayacağını vurğulayıb.

Nazir, hərbi münaqişə zonalarından uzaq durmağın və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyin vacibliyini qeyd edib. O, həm Azərbaycan vətəndaşlarına, həm də digər qardaş və dost ölkə vətəndaşlarına müraciət edərək, özlərini risk altına atmamalarını tövsiyə edib.

Nazir bu fikirlərini Türkiyə, Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlərinin onuncu üçtərəfli görüşündə jurnalistlərə verdiyi açıqlamada səsləndirib.