Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində avtomobil və dəmir yolu layihəsi ilə bağlı işlərin getdiyi bildirilir.
Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, ötən il Vaşinqton sammitinin nəticələrindən biri Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin razılaşdırılması olub.
Nazir qeyd edib ki, bu istiqamətdə danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır.
Ceyhun Bayramovun sözlərinə görə, eyni zamanda dəhlizin giriş və çıxış hissəsi Azərbaycan ərazisidir.
"Ona görə biz ABŞ-dan olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir. Hazırda sərhədlərin hazırlanması mərhələsidir," - deyə nazir qeyd edib.