Almaniya İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulma məsələsini ciddi şəkildə nəzərdən keçirir. Bu barədə Alman mənbələri iddia irəli sürüb. Mənbələrin bildirdiyinə görə Almaniya artıq Amerika Birləşmiş Ştatları ilə birgə planlaşdırma prosesində iştirak edir.
Berlin tərəfi isə iddialara cavab olaraq İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyini və bunun üçün zəruri resurslara malik olmadığını qeyd edib. Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlama verib.
Yohan Vadeful İsrail Müdafiə Qüvvələrinin rəsmi radiosunda yayılan Almaniya qoşunlarının mümkün iştirakı ilə bağlı xəbərləri təkzib edib. Nazir bildirib ki, Almaniya qoşun göndərməyəcək, döyüş əməliyyatları planlaşdırmır və münaqişənin eskalasiyası ilə bağlı narahatlığını saxlayır.