"Danışıqlar masasına qayıtmasalar..." - Tramp təhdid etdi - RTV

ABŞ prezidenti Donald Tramp, İranla danışıqlar masasına qayıtmasalar, Tehranın infrastrukturuna zərbələr endirə biləcəklərini bildirib. Tramp "Fox News" telekanalına verdiyi müsahibədə gələn həftə İrandakı elektrik stansiyalarına və körpülərə zərbələr endirə biləcəklərini deyib.

Prezident qeyd edib ki, İranla danışıqlar davam etsə də, Tehranın hərbi sahədəki fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə Tehranın irəliləyiş əldə etməsi çətin olacaq.

Donald Tramp həmçinin bildirib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar kifayət etdiyi qənaətinə gələnə qədər davam edəcək.