Diqqət! Azərbaycana gətirilən qidalarda toksinlər aşkarlandı - RƏSMİ - RTV

Azərbaycanın idxal olunan 9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb. RTV trendə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoshqart Əhmədzadə danışıb.

Sədrin sözlərinə görə, geri qaytarılan uşaq qidalarının 2568 kq-ı Türkiyədən, 2400 kq-ı Gürcüstandan, 4435 kq-ı isə İsveçrədən daxil olub. Aparılan laborator müayinələr zamanı həmin məhsulların tərkibində təhlükəli toksinlər aşkar edildiyinə görə, onlar insan istehlakı üçün yararsız hesab olunaraq dövriyyədən çıxarılıb və məhv edilib.