Dronlar vurulmadı, müdafiə naziri istefa verdi - RTV

Latviyanın müdafiə naziri Andris Spruds 7 may gecəsi respublika hava məkanına daxil olan dronların vurulmamasından sonra istefa verib. Bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

Andris Spruds Latviya ordusunun siyasi kampaniyaya cəlb olunmasının qarşısını almaq üçün müdafiə naziri vəzifəsindən istefa vermək qərarına gəlib.

Qeyd edək ki, Rusiya istiqamətindən uçan bir neçə dron Latviya ərazisinə düşmüşdü.