DTX tərəfindən saxlanılan Saleh Səmədov bu məbləğdə pul mənimsədi - RTV

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib. İttiham aktında Saleh Səmədovun 200 min manat mənimsədiyi göstərilib. İttihama münasibət bildirən Saleh Səmədov özünü qismən təqsirli bilib.

Növbəti iclas məhkəmənin iş qrafikinə uyğun olaraq iyunun 10-na təyin edilib.

Qeyd edək ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.