Əli Əsədov benzin qiymətləri ilə bağlı QƏRAR VERDİ - RTV

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Dövlət Neft Şirkətinin 2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək idxal etdiyi 92 markalı benzin və dizel yanacağı üçün aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 200 manatdan 1 manata endirilib.

Həmin dövrdə ölkəyə idxal olunacaq 92 markalı benzin üçün 205 min ton, dizel yanacağı üçün isə 201 min ton yuxarı hədd müəyyən edilib.

Qərarın məqsədi daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunmasıdır.