Ərdoğan bu ölkəni müharibə ilə hədələdi - RTV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili müharibə ilə hədələyib. Bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, İsrailin mülki yaşayış məntəqələrinə hücumları səbəbindən 1,2 milyon Livanlı evlərindən qaçmağa məcbur edilib. O, İsrailin Fələstinə də eyni şeyi etməsinin qarşısını almağa çağırıb.

"Liviyaya girdiyimiz kimi, İsrailə də girə bilərik. Bunu etməyimizə heç nə mane olmur"

deyə Ərdoğan bildirib.

Buna cavab olaraq, İsrailin Mədəni İrs Naziri Türkiyə Prezidentini "imperialist ambisiyaları olan diktator" adlandırıb.