Ərdoğan Paşinyanı təbrik edib - RTV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Bu barədə məlumatı Sputnik Ermənistan yayıb.

Ərdoğan öz təbrikində uzun müddətdir mövcud olan sülhün və sabitliyin bərqərar olunması, eləcə də zəruri əməkdaşlığın təmin edilməsi istiqamətində strateji baxışların uğurla reallaşacağına tam əminliyini ifadə edib.