Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi - RTV

Fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əliyan Mahinin başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfər çərçivəsində Fəxri Xiyabana gəlib. Nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Daha sonra nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.