Lənkəran Şəhər İcra Hakimiyyətinə yeni müavin təyin edilib. Bu təyinatla əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaracov sərəncam imzalayıb.
Yeni təyin olunan müavin, ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ülkər İsmayılova bu vəzifəsinə qədər Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, uzun illərdir İcra Hakimiyyəti orqanlarında dövlət qulluğunda xidmət edib.