İlham Əliyev ABŞ-nin Vitse-prezidentini qarşıladı - RTV

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms David Vensin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms David Vensi qarşılayıb.

Fəxri qaravul dəstəsinin rəisi vitse-prezident Ceyms David Vensə raport verib. Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri vitse-prezident Ceyms David Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan prezidentinə təqdim olunub. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms David Vensin qarşısından keçib. Sonda rəsmi foto çəkdirilib.