Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Expo Mərkəzində təşkil olunan "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.
Dövlət başçısı 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas"), 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi ("Caspian Power") və 31-ci "Baku Enerji Forumu"nun rəsmi açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev tədbirdə çıxış edib.