Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisini təbrik məktubu göndərib.
Məktubda qeyd olunur ki, 23 İyul İnqilab günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisini və onun simasında bütün Misir xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edir. O, ən xoş arzularını çatdırıb və dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırki səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Prezident İlham Əliyev əmin edib ki, xalqların iradəsinə uyğun olaraq ölkələrarası dostluq əlaqələri iki tərəfli və çoxtərəfli qaydada möhkəmlənəcək, birlikdə səylərimizlə gələcəkdə daha da inkişaf edəcək.
Bu bayram günündə Prezident Əbdülfəttah əs-Sisinə möhkəm can sağlığı, xoşbəxtlik, fəaliyyətində müvəffəqiyyətlər, Misir xalqına isə daimi əmin-amanlıq və rifah diləyib.