İlham Əliyev Ərdoğana başsağlığı verdi - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu barədə İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğana ünvanlanmış başsağlığı məktubunda bildirilir.

"Hörmətli cənab Prezident, əziz qardaşım, 2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm."

İlham Əliyev öz məktubunda Türkiyə Prezidentinə möhkəm can sağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar, qardaş Türkiyə Respublikasının əmin-amanlıq, firavanlıq və rifah arzulayıb.