İlham Əliyev Estoniyalı həmkarına məktub göndərdi - RTV

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Estoniya Respublikasının prezidenti Alar Karisə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Estoniya Respublikasının milli bayramı, müstəqillik günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram."