Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Kralı Karl Qustava təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Əlahəzrət, İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm."
Prezident İlham Əliyev İsveç Kralına möhkəm cansağlığı, xoşbəxtlik və xalqına daim firavanlıq diləyib.