Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Litva Respublikasının prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib. Məktubda deyilir:
"Litva Respublikasının Milli bayramı münasibətilə sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycanla Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik iki tərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu bayram günündə sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram."