İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və Birinci xanıma Mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, Beynəlxalq Təlim Mərkəzi Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarə