İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi - RTV

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.