"İnsanları doğrayıb, beyinlərini çıxarırdılar" - Faciə şahidi danışır - RTV

RTV kanalının məlumatına görə, Nizami kino mərkəzində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Əsir uşaqlıq" filminin təqdimatı baş tutub. Film Xocalı faciəsinin şahidi olan Məmmədovlar ailəsindən bəhs edir.

Faciə şahidi o dövrdə 14 yaşı olduğunu və 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında yaşadıqlarını bildirib. Səkkiz nəfərdən ibarət ailənin 73-cü il səfəri zamanı bir qardaşını itirdiyini və Xocalıya köçdüyünü söyləyib. Xocalıda cəmi dörd il yaşadıqlarını, ev tikdiklərini, məktəbə getdiklərini qeyd edib.

Şahidin sözlərinə görə, Xocalı hər tərəfdən Xankəndi, Əsgəran, Norağıq, Çəti kənd və digər erməni kəndləri ilə mühasirədə idi. Xocalıya girməyə və çıxmağa heç bir yol yox idi. Qaz, su və işıq yox idi, lakin Xocalı sakinləri çətinliklərə dözərək şəhəri tərk etmədilər.

25 fevraldan 26 fevrala keçən gecə ermənilər Xocalıya hücum etdilər. Şahidin atası və qardaşları digər Xocalı sakinləri kimi özünümüdafiə batalyonlarına qoşulmuşdu. Səhərə yaxın ermənilər Xocalıya doluşaraq evləri yandırmağa başladılar. Evin içərisinə əl qumbarası atdılar, şahidi və anasını yaraladılar, atasını qolundan vurdular və onları əsir götürdülər.

Əsgəran rayon polis təcridxanasında bir həftə insanlığa xas olmayan işgəncələrə məruz qaldılar. 11 yaşında qardaşının doğum günündə düşmən onun əlinin içini güllələdi. Daha çox işgəncə çəkməsi üçün əlinin üstünə dəmlənmiş qaynar çay tökdülər. Şahid deyib ki, orada insanların dişlərini kəlbətinlə çəkirdilər, qollarını dəmir qapının arasına qoyub qırırdılar.

"Orda insanların dişlərini kəlbətindən çəkirdilər, qollarını dəmir qapının arasına qoyub qırırdılar."

Meydançada körpə uşaqların, yaşlıların yaralı vəziyyətdə olduğunu və onları Əhmədov adlı mesxeli türkün başını kəsib baxmağa məcbur etdiklərini bildirib. Ermənilər tərəfindən döyüşüb ölmüş qaradərli bir muzdlu zəncinin meyidi qarşılığında Milli Qəhrəman Allahverdi Bağırov 80 nəfəri dəyişdi. Onların içində şahidin ailə üzvlərindən beş nəfəri - üç qardaş, bir bacı və anası geri qayıtdı.

Şahid qəhrəman şəhidlərin və Müzəffər Ali Baş Komandanın sayəsində torpaqlarına qayıtdıqlarına görə şükür etdiyini bildirib.