İrana ağır zərbələr ENDİRİLDİ - Ölən var - RTV

ABŞ zərbəsi zamanı İran hava limanında yanğın söndürən həlak olub. Bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın ölkənin cənub-şərqində yerləşən İran şəhər hava limanına endirdiyi zərbə nəticəsində bir yanğın söndürən həlak olub. Sistan və Bəlucistan əyalətinin rəsmiləri hücum zamanı hava limanının uçuş əməliyyatı binası və meteoroloji stansiyasının da zərər gördüyünü açıqlayıblar.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.