İranda alim edam edildi - RTV

İranda peyk texnologiyası sahəsində çalışan alim İrfan Şakirzadəoğlu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin Mossad Kəşfiyyat Xidməti ilə əməkdaşlıqda ittiham edildiyi üçün asılıb. Bu barədə məlumat Sepahın Mətbuat Xidməti tərəfindən verilib.

İttiham tərəfinin versiyasına görə, İrfan Şakirzadəoğlu ABŞ və İsrail kəşfiyyat orqanları ilə əlaqə saxlayıb və məxfi statuslu məlumatları onlara ötürüb. İş materiallarına əsasən, İrfan İranın peyk sahəsində fəaliyyət göstərən elmi təşkilatlardan birində öz ixtisası ilə bağlı layihə üzərində işləyib.