İrandan Azərbaycana qaçan əfqanlar SAXLANILDI - RTV

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, hadisə iyun ayının 1-də baş verib. Sərhəd qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikı vətəndaşları saxlanılıb.

Saxlanılan şəxslər 27 yaşlı Əmin Dəlaqa və 23 yaşlı Rəhimin Nazirquludur.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.