Livan ordusu İsrailin atəşkəs rejimini pozduğunu bəyan edib. Ordu, respublikanın cənub bölgələrinin sakinlərini öz evlərinə qayıtmamağa çağırıb.
Müvafiq bəyanat Livan ordusunun mətbuat xidmətinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. Qeyd olunub ki, ölkənin ordu rəhbərliyi zəruri təhlükəsizlik tədbirləri görmək üçün vəziyyəti izləyir və xüsusən gecə saatlarında Livanın təhlükəli ərazilərindən uzaq durmağa çağırır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 16-da bildirmişdi ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəliblər.