İsrail telekanlı Ermənistanı Azərbaycan bayrağı ilə təqdim etdi - RTV

İsrailin Dövlət Televiziya Kanalı Kan 11 Avroviziya yarımfinalının yayımlanması zamanı Ermənistanı və Azərbaycanı eyni bayraq altında, üçrəngli Azərbaycan bayrağı ilə təqdim edib.

Bu hadisə İsraildə, Petah Tikva şəhərindəki erməni icması arasında geniş rezonans doğurub.

Qeyd edək ki, eyni kanalda 2025-ci ildə başqa bir hadisə də baş verib. Avroviziyada erməni iştirakçının çıxışından sonra aparıcı bildirmişdi:

"İnanmıram ki, bu adamlara Yerusəlimdə bütöv bir məhəllə vermişik."

Daha sonra hadisə ilə əlaqədar Kan 11 kanalı ictimai şəkildə üzr istəyib.