Keçmiş icra məmuruna yeni vəzifə verildi - RTV

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət Arxivinə yeni müdir təyin edilib. Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseyn Hamlet oğlu Məhərrəmli bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Hüseyn Məhərrəmli 1995-ci ildə anadan olub. O, 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb. 2018-2024-cü illərdə isə Göygöl rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyib.