Ukraynanın paytaxtı Kiyev İyunun 8-nə keçən gecə Rusiya tərəfindən ballistik raket hücumuna məruz qalıb.
Şəhərin müxtəlif hissələrində güclü partlayışlar eşidilib. Bir neçə ərazidə yanğınlar baş verib.
Şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko, paytaxtda ballistik raketlərlə zərbələr endirildiyini təsdiqləyərək, sakinləri dərhal sığınacaqlara enməyə çağırıb.
Ukrayna Hərbi Hava Qüvvələri və monitorinq kanalları da hücum zamanı Kiyevə doğru ardıcıl ballistik raket buraxılışı barədə xəbərdarlıq edib.
Hadisə ilə bağlı digər dəqiqləşdirilən məlumatlar və mümkün itkilər barədə əlavə məlumat veriləcək.