Makron İrana görə xalqa müraciət etdi - RTV

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə münaqişənin genişlənməsi fonunda televiziya ilə xalqa müraciət edib. Makron çıxışında təhlükəsizlik və müdafiə tədbirlərini açıqlayıb. O, münaqişənin qeyri-sabitlik gətirdiyini bildirib.

Emmanuel Makronun sözlərinə görə, qaydalar sistemi dağılıb və Fransa öz maraqları əsasında silahlara nəzarət mexanizmlərinin yenidən qurulmasına çalışmalıdır. Fransa prezidenti münaqişədən təsirlənən bir sıra ölkələrin liderləri, o cümlədən Livan, Qətər və Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi ilə danışıqlar apardığını vurğulayıb.

O deyib ki, Fransa həm diplomatik kanalları açıq saxlamağa, həm də hərbi hazırlıq səviyyəsini artırmağa çalışır.