Makron ordunu müharibəyə hazırlaşmağa ÇAĞIRDI - RTV

Fransa prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələrini gələcək müharibələrə hazırlıqla bağlı müraciət edib.

RTV telekanalı xəbər verib ki, Makron ordunu gələcək müharibələrə hazırlamağa çağırıb.

Prezident bildirib ki, Fransanın gələcək müharibələrə hazır olması davam edən münaqişələrdə uğur qazanmasından asılıdır.

Emmanuel Makron qeyd edib ki, Ukrayna, Yaxın və Orta Şərq, Afrika və Hind okeanı regionunda Fransa mövqelərinin qorunması böyük əhəmiyyət kəsb edir.

Fransa prezidenti yaxın vaxtlarda ölkənin növbəti 10 il üçün milli müdafiə proqramını təqdim edəcəyini bildirib.