Melonini Bakıda təəccübləndirən hadisə - RTV

İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Prezidenti İlham Əliyev ilə Bakıda görüşü zamanı diqqətçəkən açıqlamalar verib. Meloni qeyd edib ki, 2013-cü ildən bəri İtaliyanın baş naziri Azərbaycana səfər etməyib və bu ona kifayət qədər qəribə görünüb.

Giorgia Meloni bildirib ki, bu səfər həqiqətən vacib idi. O, ölkələr arasındakı əməkdaşlığın genişliyini vurğulayıb:

"Çünki bizim əməkdaşlığımız həqiqətən genişdir. Biz bir çox sahələr üzrə əməkdaşlıq aparırıq. Biz birlikdə daha çox iş görə bilərik. Azərbaycan bizim strateji tərəfdaşımızdır."

Meloni həmçinin əlavə edib ki, Azərbaycan Aralıq dənizi regionuna qədər uzun bir körpü rolunu oynayır.